28 May - Respublika Gününə həsr olunmuş “İlk Cümhuriyyət” mövzusunda dəyirmi masa
25 may 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

25 may 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində 28 May - Respublika Gününə həsr olunmuş “İlk Cümhuriyyət” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, “Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri Maqsud Heydərov və digər qonaqlar iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov çıxışında bildirmişdir ki, 28 may 1918-ci il tarixində Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri - İstiqlal günü olmuş və bu tarixdə Azərbaycan milli şurası tərəfindən “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan Demokratik Cümhuriyyəti elan edilmişdir.

Görüşdə çıxışlar zamanı qeyd edilmişdir ki, Azərbaycan Demokratik Respublikası Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur. Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmiş, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti bir əsrə yaxın müddət bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edən məktəblər fəxri fərmanlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.