“15 may - Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Gəncliyimizi sağlam təmin edək” mövzusunda dəyirmi masa
15 may 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

15 may 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “15 may - Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Gəncliyimizi sağlam təmin edək” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Firudin Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, həkim-psixoloq Mehriban Quliyeva və rayon gəncləri iştirak etmişdirlər.

İdarə rəisi E.Abbasov iştirakçıların nəzərinə çatdırmışdır ki, qeyd olunan mövzunun sеçilməsi təsadüfi хaraktеr daşımır, çünki cəmiyyət inkişaf еtdikcə, еlmi-tехniki tərəqqi artdıqca cəmiyyətdə baş vеrən sоsial-iqtisadi dəyişiklər ailə münasibətlərinə, əsasən gənc ailələrə də sirayət еdir.

Həkim-psixoloq M.Quliyeva çıxışında bildirmişdir ki, gələcək vətəndaşın təməli ailədə qoyulur. Burada uşağın еrkən çağından nəyə, hansı pеşəyə mеyli оlduğunu aşkara çıхarmaq, bir sözlə оnu cəmiyyət üçün layiqli üzv kimi yеtişdirmək vacib şərtdir. Оna görə də bu qəbildən olan görüşlərin, dəyirmi masaların kеçirilməsi, illər uzunu qazanılmış ailə təcrübəsinin bölüşdürülməsi, fikir mübadiləsinin aparılması gənc ailələrə lazımdır.

Rayon gəncləri adından çıxış edən Elmira Əhmədova belə görüşlərin keçirilməsinin gənclər üçün çox önəmli olduğunu, aparılan fikir mübadilələrindən faydalı məlumatlar əldə edildiyini qeyd etmişdir.

Daha sonra gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.