UNICEF-in Azərbaycandakı səfirinin müavini xanım Min Yuan Mingəçevir şəhər Gənclər Evinin qonağı olmuşdur
08 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

8 may 2017-ci il tarixdə UNICEF-in Azərbaycandakı səfirinin müavini xanım Min Yuan Mingəçevir şəhər Gənclər Evinin qonağı oub. Min Yuan Gənclər Evində fəaliyyət göstərən klublar və kurslarla tanış olmuşdur.

Daha sonra səfir müavini Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin iştirakçıları ilə görüşmüş və onlara uğurlar arzu etmişdir. Qonaq həmçinin UNİCEF və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliklərinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi tərəfindən həyata keçirilən “Uşaqların Ədliyyəyə çıxışı” adlı layihə çərçivəsində fəaliyyət göstərən “Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” Hüquqi Xidmət Mərkəzinin fəaliyyəti və orada görülmüş işlərlə yaxından tanış olmuşdur.

Səfir müavini Gənclər Evinin onun üçün xüsüsi təəssürat yaratdığını, gələcəkdə bu müəssisə ilə əməkdaşlığın daha da genişləndiriləcəyini bildirmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.