“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə (2-ci hissə)
11 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə çərçivəsində 11 may 2017-ci il tarixdə təlimlərin 2-ci hissəsinə start verilmişdir. Təlimlər Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə keçirilmişdir.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi, onlar arasında hüquqi maarifləndirmə və sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.

Təlimdə İctimai Birliyin sədri Tural Kərimov gənclərə uğurlar arzu etmiş, sözügedən layihənin gənclərin gələcək fəaliyyətində əhəmiyyətli olacağını bildirmişdir.

Təlimçi Kamal Əhmədov iştirakçılara təlim haqqında, onun məqsədi və gözləntiləri, qızıl qaydalar, biznes ideyasının seçilməsi, marketinq, bazar araşdırılması, satış, alış və tədarük planının, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri, işçilərin seçilməsi haqqında ətraflı məlumat vermişdir.

Təlimlər 4 gün davam etmişdir. Təlimləri uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.