“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə (1-ci hissə)
08 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə çərçivəsində 8 may 2017-ci il tarixdə təlimlərin 1-ci hissəsinə yekun vurulmuşdur. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi, onlar arasında hüquqi maarifləndirmə və sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.

Tədbirin yekununda çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov gənclərə uğurlar arzu edərək onlara əldə etdikləri biliklərdən gələcəkdə səmərəli şəkildə istifadə etməyi tövsiyə etmişdirlər. Layihənin ilk təlimlərinin yekununda Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət 25 nəfər iştirakçıya kitab və sertifikatlar təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.