Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində qonaq
12 may 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

12 may 2017-ci il tarixdə İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəisi Ali Abdullah, müavinlər Latifiha Heşmatullah, Qyomars Jamal, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Afşin Əsgər Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində olublar.

Nümayəndə heyəti əvvəlcə binanın foyesində nümayiş etdirilən “Bakı 2017 - İslam Həmrəyliyi Oyunları”nın məktəblilər arasında təbliğ edilməsi məqsədilə “Gücümüz həmrəylikdədir!” mövzusunda keçirilən rəsm müsabiqəsi iştirakçılarının əl işlərinə baxıblar.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qonaqların nəzərinə çatdırıb ki, Gənclər Evi Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 2.1.77-ci (Gənclər Evinin tikintisi) bəndinə uyğun olaraq tikilib istifadəyə verilmişdir. Q.Bayramov həmçinin Gənclər Evində qeyri-formal təhsil, sağlam həyat tərzi, gənclərin iştirakı, psixososial dəstək, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük hərəkatı istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.