Mingəçevir şəhər Gənclər Evində “Vətənpərvərlik ruhu” mövzusunda yarış keçirilmişdir
24 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər Evində fəaliyyət göstərən ”Vətənpərvərlik klubu”nun təşkilatçılığı ilə 24 aprel 2017-ci il tarixdə Gənclər Evində “Vətənpərvərlik ruhu” mövzusunda yarış keçirilmişdir. Yarış Mingəçevir Dövlət Universitetinin tələbələrinin iştirakı ilə baş tutmuşdur. Yarışda milli, tarixi, mədəni irsimizə aid suallar səsləndirilmişdir. “Mübariz” komandası 1-ci yeri tutaraq yarışın qalibi elan olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.