Mingəçevir şəhər Gənclər Evində “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017” çərçivəsində ekspertlə gənclərin görüşü
24 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə 24 aprel 2017-ci il tarixdə Gənclər Evində “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017” çərçivəsində “Mövzu Təlimi” keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə hər kəsi salamlamış və forumun “İslam həmrəyliyinin gücləndirilməsi beynəlxalq terrorizmə qarşı effektiv mübarizənin vacib resursudur” mövzusunda olduğunu gənclərin diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən Mərkəzin sədr müavini Samir Şükürov forum çərçivəsində planlaşdırılan təlim və turnirlər haqqında danışmışdır.

Tədbirin gedişində ekspert qismində dəvət olanan Mingəçevir Dövlət Universitetinin Humanitar Fənlər Kafedrasının baş müəllimi İlham Məmmədov mövzu haqqında gənclərə ətraflı məlumat vermişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.