“147” adlı intellektual-əyləncəli yarış
5 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi və Mingəçevir İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 5 may 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində “147” adlı intellektual-əyləncəli yarış keçirilmişdir. Yarış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdur.

Eyni zamanda turnir “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin fəaliyyətinin 4 illiyi və Mingəçevir İntellektual Oyunlar Klubunun fəaliyyətinin 2-ci ildönümünə təsadüf etmişdir. Yarışda Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb və Turizm Kolleclərinin tələbələri və şəhər gəncləri iştirak etmişdirlər. Şəhər gənclərinin “Mingoloid” komandası I yerə, Mingəçevir Dövlət Universitetinin "Light city" komandası II yerə, Universitetin "666" komandası III yerə layiq görülmüşdür. Qalib komandalara sertifikatlar və kuboklar təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.