Mingəçevir şəhər Gənclər Evində “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimləri davam edir
4 may 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimləri davam edir. 4 may 2017-ci il tarixdə Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən təlimdə "Satışın, alış və tədarük planının, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri, işçilərin seçimi" mövzularında müzakirələr aparılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.