IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Stolüstü tennis” idman növü üzrə yarış
28-29 aprel 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28-29 aprel 2017-ci il tarixlərdə Binəqədi rayon Gənclər Evində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Stolüstü tennis” idman növü üzrə yarış keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd - IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Yarışda rayon orta ümumtəhsil məktəblərindən ümumilikdə 96 nəfər şagird iştirak etmişdir.

Qaliblər İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.