Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Böyük ömrün dastanı” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir
28 aprel 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 aprel 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun sədaqətli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Böyük ömrün dastanı” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva məktəblilər qarşısında çıxış edərək ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı Zərifə xanımın həyat yolunun gənclər üçün nümunə olduğunu vurğulamışdırlar. Qeyd olunmuşdur ki, müsabiqənin keçirilməsində məqsəd - böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad etmək və istedadlı şagirdlərin inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verilmişdir.

İnşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılır, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.