“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan Çempionatının Binəqədi rayon mərhələsi keçirilmişdir
19 aprel 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19 aprel 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan Çempionatının Binəqədi rayon mərhələsi keçirilmişdir.

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilən Çempionatın rayon mərhələsində ümumilikdə 8 komanda - “Ümid”, “Darkness”, “Aypara”, “Alov”, “Şəfəq”, “Uğur”, “Katarsis”, “Rey xanlığı”- mübarizə aparmışdır.

“Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoy komandaları qaydalarla tanış etdikdən sonra oyuna start verilmişdir. Oyunun nəticəsinə əsasən “Katarsis” komandası I yerə, “Rey xanlığı” komandası II yerə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını təmsil edən “Darkness” komandası III yerə layiq görülmüşdür.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qalibləri təbrik edərək onlara təhsildə uğurlar diləmişdir. Qalib komandalar İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşdurlar.

“Katarsis” komandası Çempionatın Bakı şəhər mərhələsində Binəqədi rayonunu təmsil edəcəkdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.