“Aztəminatlı ailələrin özünün məşğulluq fəaliyyətinin təşkili tələbləri”
12;14;19;21;26;28 oktyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə həyata keçirdiyi “Aztəminatlı ailələrin özünün məşğulluq fəaliyyətinin təşkili tələbləri” proqramı çərçivəsində “Mal qrupu üçün maya dəyərinin hesablanması” mövzusunda təlim kursu keçirilib. 2 ay davam edəcək kurslarda iştirakçılar biznesin təşkili ilə bilik və bacarıqlar qazanacaqlar. Təlim müddətində iştirakçılar seçdikləri fəaliyyət sahələri üzrə biznes planı hazırlayacaqlar və uğurlu plan hazırlamış şəxslər ailə bizneslərinin yaradılması üçün lazımi materiallarla təmin olunacaqlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.