“Azərbaycan Səninlədir - Sənsiz deyil” VII yaradıcılıq müsabiqəsinin seçim turlarına start verilmişdir
18 aprel 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsi və 26 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən “Azərbaycan Səninlədir - Sənsiz deyil” VII yaradıcılıq müsabiqəsinin seçim turlarına start verilmişdir.

18 aprel 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində baş tutan növbəti seçim turunda rayon orta ümumtəhsil məktəblərinin istedadlı şagirdləri iştirak etmişdirlər. İştirakçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd - ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ulu öndərin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Müsabiqə rayon orta ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) - üzrə keçirilir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.