“Mingəçevir Gənclərinin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017”çərçivəsində növbəti tədbir
08 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər Evi, Mingəçevir Regional Debat Mərkəzi və “Gələcək Gənclərlə Gələcək“ Gənclər klubunun dəstəyi ilə 8 aprel 2017-ci il tarixdə Gənclər Evində “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017” çərçivəsində növbəti tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə “Milli Debat proqramı”nın həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat vermişdir. Mərkəzin sədr müavini Samir Şükürov “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2017” çərçivəsində həyata keçiriləcək daxili turnirlərdən danışmışdır. Daha sonra “Karl Poper” formatında təlim keçirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.