Mingəçevir şəhər Gənclər Evində “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda tədbir
05 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mingəçevir şəhər İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevir şəhər şöbəsinin birgə təşkilatçılığı ilə 5 aprel 2017-ci il tarixdə Gənclər Evində “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevir şəhər şöbəsinin əməkdaşları, Məscidlərin axund və imamları, dini icma üzvləri, dindarlar və gənclər iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı bir çox yüksək səviyyəli konfransların, görüşlərin və digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir. K.Nəcəfli həmçinin öz çıxışında qeyd etmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd - müxtəlif konfessiyalar, mədəniyyətlər, sivilizasiyalar və məzhəblər arasında həmrəyliyə nail olmaq, eləcə də Azərbaycanı bu istiqamətdə dünyaya nümunə kimi göstərməkdən ibarətdir.

Daha sonra tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov çıxış etmişdirlər. Qeyd edilmişdir ki, respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması sahəsində dövlətimiz geniş tədbirlər həyata keçirir.

Sonda Mingəçevir şəhər “Heydər” Məscidinin imam naibi Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda çıxış etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.