Mingəçevir şəhər Gənclər Evində növbəti xeyriyyə aksiyası
04 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər Evində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə 4 aprel 2017-ci il tarixdə xeyriyyə aksiyası keçirilmişdir. Aksiyada Mingəçevir Dövlət Universitetinin tələbələri iştirak etmişdirlər.

Aksiyanın məqsədi - kitab almağa imkanı olmayan uşaq və gənclərə dəstək olmaqdan ibarətdir. Gənclərin birgə səyi nəticəsində bir çoxlarının evində olan, lakin istifadə edilməyən 200-dən artıq kitab (ali məktəbə hazırlıq və orta məktəb kitabları, müxtəlif fənlərin sınaq testləri, xəritələr və atlaslar) toplanaraq imkansız ailələrdən olan uşaq və gənclərə təqdim edilmişdir. Aksiya mütəmadi olaraq davam edəcəkdir.

Gənclər Evində fəaliyyət göstərən Vətənpərvərlik klubunun sədri Elçin Məhərrəmli bildirmişdir ki, sözügedən aksiya dərs vəsaitlərinə ehtiyacı olan gənclərin heç bir ödəniş etmədən bu kitablardan istifadəsi üçün keçirilir və Azərbaycanın hər bir bölgəsi aksiyaya dəstək ola və yararlana bilər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.