"Azərbaycançılıq ideologiyasının milli mədəni irs kimi təbliği" mövzusunda tədbir
01 aprel 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 1 aprel 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində və Uşaq və Ailələrə Dəstək Mərkəzində “İntellektual İnkişaf Naminə” İctimai Birliyinin “Azərbaycançılıq ideologiyasının milli mədəni irs kimi təbliği” adlı layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin və irsinin dərindən öyrənilməsinə, geniş təbliğinə, qorunub saxlanılmasına və hərtərəfli inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.

Tədbirdə gənclərin ifasında saz, tar və nağara alətlərində müxtəlif mahnılar səsləndirilmiş, xalq rəqsləri nümayiş etdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.