Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagidləri arasında “Şahin” hərbi-idman oyununun keçirilməsi ilə əlaqədar toplantı
10 mart 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 10 mart 2017-ci il tarixdə Gənclər Evində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagidləri arasında “Şahin” hərbi-idman oyununun keçirilməsi ilə əlaqədar toplantı keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Mürsəl Qurbanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti, mayor Elşad Fərəcov, Müdafiə Nazirliyi 275 saylı hərbi hissənin komandirinin müavini, baş leytenant Vüsal Kərimov, məktəb nümayəndələri, o cümlədən ibtidai hərbi hazırlıq müəllimləri iştirak etmişdirlər.

İclası giriş sözü ilə açan rayon İdarə rəisi Qüdsi Bayramov ölkəmizdə yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən danışaraq, bu sahədə aparılan işlərin səmərəsinin daha da artırılmasının zəruriliyini qeyd etmişdir. “Şahin” hərbi-idman oyununun məktəblilərin hərbi hazırlığının gücləndirilməsi işinə böyük təsiri olduğunu nəzərə çatdıran Q.Bayramov, cari ildə yüksək nəticə əldə edilməsi üçün nümayəndələrlə fikrini bölüşmüşdür.

Sonra Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Mürsəl Qurbanov 2016/2017-ci tədris ilində “Şahin” hərbi-idman oyununun əsasnaməsində edilmiş dəyişikliklərlə iştirakçıları tanış etmiş və oyunların 2016-cı ilin aprel döyüşlərinin ildönümünə təsadüf etdiyindən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında keçiriləcəyini bildirmişdir.

İclasın gedişatında hərbi hazırlıq müəllimlərinin oyunların keçirilməsi ilə bağlı sualları cavablandırılmışdır.

Tədbirin sonunda Binəqədi rayonunda həyata keçirilən tədbirlərdə fərqlənən bir qrup ibtidai hərbi hazırlıq müəllimi rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.