Novruz bayramı münasibətilə bədii-əyləncəli tədbir
16 mart 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 16 mart 2017-ci il tarixdə Gənclər Evində Novruz bayramı münasibətilə bədii-əyləncəli tədbir təşkil edilmişdir. Müxtəlif sahələri təmsil edən könüllülərin, hökumət və qeyri hökumət gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirində çıxış edən şəhər Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Novruz bayramı münasibətilə gəncləri təbrik etmiş, Novruz adət və ənənələrindən danışaraq, onların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə dövlətimiz tərəfindən mütəmadi olaraq bu istiqamətdə işlərin görüldüyünü, bu sahədə gənclərin də üzərinə böyük iş düşdüyünü qeyd etmişdir. C.Hüseynov həmçinin bildirilmişdir ki, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2017-ci il tarixdə Dənizkənarı Bulvarda möhtəşəm bayram tədbiri təşkil olunacaqdır.

Tədbirdə Sumqayıt şəhər Gənclər Evinin elan etdiyi könüllülük fəaliyyətini uğurla bitirən gənclərə Baş İdarənin sertifikat və hədiyyələri təqdim edilmişdir.

Sonda Novruz personajları könüllülərin ifasında canlandırılmış, maraqlı səhnələr, musiqi və rəqs nümunələri nümayiş etdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.