“Müvəffəqiyyətli karyera” mövzusunda təlim
30 mart 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 mart 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində “AAAF Holdinq”in vitse-prezidenti, müasir idarəetmə sistemlərinin tətbiq edilməsi üzrə biznes konsultant, “Saxla Zamanı, Gələr Zamanı” və "Fəxri Yol - 120 kilodan 42 kilometrə yol” kitablarının müəllifi Fəxri Ağayevin təqdimatında “Müvəffəqiyyətli karyera” mövzusunda təlim təşkil edilmişdir.

Təlimdə Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak etmişdirlər.

Təlimin əvvəlində rayon İdarəsinin rəisi Qüdsi Bayramov tədbir iştirakçılarını salamlamış, gənclərin təhsilə, elmə, yeni texnologiyalara marağının artırılması, onların stimullaşdırılması məqsədilə İdarə tərəfindən mütəmadi olaraq maarifləndirici təlimlərin təşkil olunduğunu bildirmişdir.

Sonra təlimçi Fəxri Ağayev çıxışında gənclərə “İş axtarma prosesi”, “CV hazırlama”, “CV göndərmə”, “Müsahibə” kimi vacib mərhələlər haqqında faydalı məlumatlar vermişdir. Təlimin gedişatında gənclərin suallarını cavablandıran biznes təlimçi onlara daim şəxsi inkişafları üçün çalışmağın və mütaliə etməyin zəruru olduğunu bildirmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.