“Elektron Tullantılar Qutusu” layihəsi
23 oktyabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

23 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhər Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “E-tullantılar Qutusu” adlı layihəsi çərçivəsində sonuncu tədbir keçirilmişdir. Layihə şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə reallaşıb.

Seminarda çıxış edən layihə rəhbəri Elvin Gülməmmədov informasiya-kommnukasiya texnologiyaları vasitələrinin insanların həyatında önəmli rol oynamaqla yanaşı, bir çox problemlər də meydana çıxardığı, bunlar sırasında elektron tullantılarının da xüsusi yeri olduğunu bildirmişdir. Qeyd olundu ki, layihə çərçivəsində belə tullantıların ətraf mühitə, atmosferə, insan sağlamlığına vura biləcəyi zərərlərin qarşısını almaq üçün maarifləndirmə işi təşkil olunmuş, interaktiv seminarlar keçirilmişdir.

Eldar Müzəffərov tərəfindən verilən interaktiv seminarda isə kompüter texnikası, enerji daşıyıcılarının, batereyaların və.s ətraf mühitə atılmasından təbiətin və atmosferin zəhərləndiyi geniş izah olunmuşdur.

Sonda şəhərin bir neçə tullantı platformalarına “Elektron Tullantı” adlı qutular qoyulmuş və könüllü gənclərlə birgə layihə çərçivəsində çap edilmiş maarifləndirici xarakterli bukletlər sakinlərə paylanılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.