"AzETA" Azərbaycanda İngilis Dili Müəllimlər Assosiasiyasının XII regional konfransı
25 mart 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

25 mart 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində "AzETA" Azərbaycanda İngilis Dili Müəllimlər Assosiasiyasının XII regional konfransı keçirilmişdir.

Konfransda çıxış edən Türkiyənin təhsil eksperti, professor Erdəm Söyləməz valideyn-müəllim əməkdaşlığının səmərəli təşkilindən, şagird-müəllim və valideynlər arasında sağlam münasibətlərin qurulmasından və digər məsələlərdən danışmışdır.

Tədbirdə AzETA Mingəçevir filialının rəhbəri Gülnaz Hacıyeva ötən konfransdan bəri Assosiasiyanın gördüyü işlər haqqında ətraflı məlumat vermiş və qeyd etmişdir ki, XII konfransa beynəlxalq təşkilatlardan, ölkənin 10 şəhər və rayonundan nümayəndələr qatılmışdır.

Daha sonra məktəblilərin ifasında müəllim-şagird münasibətlərindən bəhs edən səhnəcik, eyni zamanda Avropa və Azərbaycan musiqilərinin sintezindən yaradılan rəqs nümayiş etdirilmişdir. AzETA-nın rəhbəri Rəqsanə Məmmədova Azərbaycanda İngilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, Təhsil Nazirliyi ilə birgə müxtəlif bölgələrdə gerçəkləşdirilən davamlı tədbirlərdən, eyni zamanda qarşıda duran vəzifələrdən bəhs etmişdir. O, xüsusilə vurğulamışdır ki, əsasən ingilis dilli müəllimlərini birləşdirən təşkilat Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası istiqamətində iş aparır.

Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. Tədbir iştirakçıları “Valideyn-müəllim əməkdaşlığının səmərəli təşkili”, “Uşaqların formalaşmasında örnəklərə diqqət göstərilməsi”, “İngilis dilinin öyrənilməsində aktiv oyunlar”, “Dialoqlar vasitəsilə ingilis dilinin tədrisi”, “Amerika Universitetlərinə baxış” və digər mövzularda müzakirələr aparmışdırlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.