Binəqədi rayon Gənclər Evində tələbələr üçün təlimlər
17, 25 fevral və 4 mart 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

17, 25 fevral və 4 mart 2017-ci il tarixlərdə Binəqədi rayon Gənclər Evində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələrinin iştirakı ilə beynəlxalq statuslu biznes təlimçi, ORKHANWAY/Coaching - Şirkətinin təsisçisi Orxan Şahbazın təqdimatında beynəlxalq formatda olan “NANO - Mən” Hiperinkişaf Proqramı çərçivəsində 3 modulda təlim - “BASİC MODE - Fundamental Təlim”, “CAUTİON! Talking Body - Bədən Dili Təlimi”, “Express Yourself - Təqdimat Bacarıqları Təlimi” keçirilmişdir.

Diskussiya şəklində keçən təlimlər zamanı təlimçi iştirakçıların suallarını cavablandırmışdır.

Təlimi uğurla başa vuran gənclər sertifikatlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.