“IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri ilə toplantı
4 aprel, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

4 aprel 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş kütləvi idman tədbirlərinin keçirilməsi ilə əlaqədar toplantı keçirilmişdir. Toplantıda rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, idman bölmələrinin məşqçiləri iştirak etmişdirlər.

Tədbirdə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirakçıların nəzərinə çatdırmışdır ki, cari ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədilə həmin idman növləri üzrə yarışların keçirilməsi planlaşdırılmışdır. Bununla bağlı, respublika birinciliyində Qaradağ rayonunu təmsil edəcək komandanı müəyyən etmək üçün turnirin rayon mərhələləri keçirilməlidir.

Təkliflər olunmuşdur ki, yarışların təqviminə uyğun olaraq məktəbdaxili yarışlar keçirilsin və rayon yarışlarının keçirilməsi üçün Qaradağ rayon məktəblərinin, Təlim-idman bazasının, Uşaq-Gənclər İdman Məktəbinin imkanlarından istifadə edilsin.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.