Binəqədi rayon Gənclər Evində “2nd University Session”(2-ci Universitet Sessiyası)
15-18 mart, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi tərəfindən 15-18 mart 2017-ci il tarixlərdə Binəqədi rayon Gənclər Evində günümüzün aktual mövzularından olan “Bərabərlik və informasiya texnologiyaları”na həsr olunmuş “2nd University Session” (2-ci Universitet Sessiyası) keçirilmişdir.

Sessiyanın baş təşkilatçıları ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Elvin Hacıyev və İnformasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi Rasim Xankişiyev olmuşdur. Ümumilikdə sessiyada Fransa, İsveçrə, Polşa və Gürcüstandan 150 nəfərdən çox gənc iştirak etmiş, onlar müəyyən edilmiş mövzular üzrə diskussiya aparmış, fikir və təcrübələrini paylaşmışdırlar.

Sessiya 2 əsas hissədən – rəsmilər (prezident, vitse-prezident, təşkilatçılar komandası, komitə sədrləri, media komandası) və üzvlərdən ibarət olmuşdur.

Novruz bayramı ərəfəsinə təsadüf edən sessiyanın növbəti günündə iştirakçılar üçün Gənclər Evinin həyətində bayram şənliyi təşkil edilmişdir. Novruz tonqalını alovlandıran gənclər onun ətrafında müxtəlif maraqlı rəqslər etmiş, mahnılar ifa etmişdirlər. Bayramın əsas personajları olan Kosa və Keçəl iştirakçılara Novruz bayramında həyata keçirilən adətlər haqqında məlumat vermiş, onlarla yumurta döyüşdürmüşdürlər. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbirdə çıxış edərək gəncləri Novruz bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar diləmişdir.

Tədbirin bağlanış mərasimi 19 mart 2017-ci il tarixdə Sabunçu rayon Gənclər Evində keçirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.