"Zərif liderlik" mövzusunda motivasiya seminarı
29 mart, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

29 mart 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynovun təqdimatında xanım müəllimləri üçün “Zərif liderlik” mövzusunda motivasiya seminarı keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd - qadınların liderlik bacarıqlarının formalaşdırılması və qadınların özlərinə inam hissini aşılamaq olmuşdur. Seminarda 40 nəfərə yaxın qadın iştirak etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.