Suraxanı rayon orta ümumtəhsil məktəbləri arasında ”Vətəni tanı” İntellektual Oyunu
10mart, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı rayon Gənclər və İdman İdarəsi və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 10 mart 2017-ci il tarixdə Suraxanı rayon Gənclər Evində "Vətəni tanı!" İntellektual Oyununun rayon üzrə final mərhələsi keçirilmişdir. Yarışın təşkilat komitəsinin üzvləri Suraxanı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova, Odlar Yurdu Universitetinin Departament rəhbəri Aynurə Qurbanova, Odlar Yurdu Kollecinin direktoru Günel Cəfərova və digərləri olmuşdurlar.

Finalı giriş sözü ilə açan Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov məktəblilərə uğurlar arzu etmişdir.

Oyun zamanı məktəblilərə Azərbaycanın tarixi, iqlimi, coğrafiyası, mütəffəkirləri, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılıqlarına dair suallar verilmişdir.

10-11-ci siniflər arasında keçirilən bilik yarışında 10-cu siniflər arasında 79 saylı və 11-ci siniflər arasında 76 saylı tam orta məktəblər birincilik əldə edərək rəqiblərini üstələmişdirlər.

Yarışın mükafatlandırma mərasiminin cari ilin aprel ayı ərzində Odlar Yurdu Universitetində keçirilməsi nəzərdə tutulur.

Yarışın sonunda Universitetin istedadlı tələbələrinin iştirakı ilə bədii hissə baş tutmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.