“Oxuma və öyrənmənin metodları” adlı təlim
07 mart, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 07 mart 2017-ci il tarixdə Suraxanı rayon Gənclər Evində layihə rəhbəri Afət Qayıbovanın “Oxuma və öyrənmənin metodları” adlı təlimi keçirilmişdir.

Təlim zamanı məktəblilərə dərsə hazırlaşma metodları, gündəlik dərs planının tərtibi istiqamətində faydalı məsləhətlər verilmiş və qeyd olunmuşdur ki, dərsə keyfiyyətli hazırlaşmaq üçün zehni yorğunluğa yol verməmək, dərsi dərk edərək öyrənmək, onu öyrənmək üçün məqsədyönlü olmaq, anlayış və terminlərin mənasını öyrənmək, ziddiyyət yaradan və sual doğuran məqamları araşdırmaq vacibdir. Məktəblilərə dərsə keyfiyyətli hazırlaşmağın yolları ilə əlaqədar bir sıra metodoloji istiqamətlər də göstərilmişdir.

Dərsi daha dərindən mənimsəmək üçün şagirdlərə səsli olaraq və ya qeyd edərək oxumaq, oxunan dərsi başqalarına danışaraq təkrar etmək, analitik düşüncə və məntiqi təfəkkürü inkişaf etdirmək, digər şagird yoldaşlarla birgə mövzulara qrup şəklində hazırlaşmaq, dərsləri mərhələli, şəkilləndirərək və təsnifatlandıraraq öyrənməklə bağlı ətraflı məlumat verilmişdir.

Sonda təlimçilər tərəfindən şagirdlərə maraqlı suallar verilmiş, düzgün cavablandıran məktəblilər sertifikatlara layiq görülmüşdürlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.