“Müasirlikdə Peyzaj təsvirləri” layihəsi çərçivəsində sonuncu rəsm sərgi-müsabiqəsi
04 mart, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Rəsm Qalereyası, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə 04 mart 2017-ci il tarixdə Sumqayıt şəhər Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” layihəsi çərçivəsində sonuncu rəsm sərgi-müsabiqəsi keçirilmişdir. Sərgidə çıxış edənlər - layihə rəhbəri İlahə Əlizadə və ekspert Nigar Qurbanova istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün yaradılmış şəraiti müsbət qiymətləndirmiş, bu cür layihələrin dəstəklənməsinin gənclərə göstərilən qayğının nəticəsi olduğunu bildirmişdirlər.

Təbiət təsvirlərinin çoxluq təşkil etdiyi sərgidə yeniyetmə və gənclərin əl işlərindən ibarət 26 rəsm əsəri nümayiş olunmuşdur. İştirakçılar əsərlərində Odlar Yurdu Azərbaycanın təbiətinin gözəlliklərinə xüsusi yer vermişdirlər.

Sərgidə əsərləri nümayiş olunmuş iştirakçılara sertifikatlar, 3 fərqli işin sahibinə xatirə hədiyyələri təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.