“05 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş şahmat turniri
02 mart, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

02 mart 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş şahmat turniri keçirilmişdir. Yarışda Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 7-10, 11-14, 15-17 yaş qrupları üzrə şagirdləri iştirak etmişdirlər. Yarışın açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirakçıları “5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə təbrik edərək onlara yarışda uğurlar arzulamışdır. Turnirin yekun nəticələrinə əsasən rayonun 106 №-li məktəbinin şagirdləri I, 253 №-li məktəbin şagirdləri II, 273 №-li məktəbin şagirdləri III yerlərə layiq görülmüşdürlər. Qaliblər Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.