“Gənclərin inkişaf yolunda motivasiyası” adlı layihə
26 fevral, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir şəhər Gənclər Evinin təşkilatçılığı ilə “Gənclərin inkişaf yolunda motivasiyası” adlı layihə həyata keçirilmişdir.
Layihənin məqsədi - gənclərin fərdi inkşafı naminə onların elm və biliyə həvəsləndirilməsi, kreativlik bacarıqlarının inkişaf etdirilməsi, özünü inkişaf yollarının aşılanması, aktiv heyat tərzinə, eyni zamanda stressdən uzaq yaşam tərzinə və idman növlərinə olan maraq və bacarıqlarının aşkar edilərək bu idman növlərinə yönləndirilməsi, gənc liderlerin kəşf olunaraq dəstəklənməsindən ibarətdir.
Mingəçevir, Yevlax şəhərlərində və Bərdə rayonunda təşkil edilən təlimlərin prioritet vəzifələri gənclərdə özünəinam, özgüvən hisslərini aşılamaq, ölkəmizdə və xarici ölkələrdə idman, təhsil, iş sahələrində aktiv fəaliyyət göstərən gənclərlə tanış olmaq, həmin gənclərin həvəs və bacarıqlarını ortaya çıxardaraq onlara bu istiqamətdə dəstək göstərməkdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.