Mingəçevir Regional Debat Mərkəzinin növbəti iclası
10 mart, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

10 mart 2017-ci il tarixdə Mingəşevir şəhər Gənclər Evinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun təşkilatçılığı ilə Mingəçevir Regional Debat Mərkəzinin növbəti iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadiqzadə hərkəsi salamlamış və cari ildə görülən işlərdən, qazanılan uğurlardan danışmışdır. Daha sonra çıxış edən Mərkəzin sədr müavini Samir Şükürov 2017-ci ildə keçiriləcək tədbirlər haqqında gənclərə geniş məlumat vermişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.