“Vətənpərvərlik Klubu” tərəfindən Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilib
26 fevral, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

26 fevral 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində “Vətənpərvərlik Klubu” tərəfindən Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Klubun üzvləri, gənclər iştirak etmişdirlər. Çıxış edənlər Xocalı soyqrımının bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı və eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu, bununla da XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşdüyünü vurğulamışdırlar. Tədbirin sonunda həmin gecənin dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.