Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bilik Olimpiadası”
24 fevral, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 fevral 2017-ci il tarixdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bilik Olimpiadası” keçirilmişdir.

Tədbirin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, layihə rəhbəri İlkin Məcidov, Bakı Mühəndislik Universitetinin Riyaziyyat müəllimliyi kafedrasının müəllimi Tural Abdullayev çıxış edərək məktəblilərə uğurlar arzulamışdırlar. Rayonda mütəmadi olaraq yeniyetmə və gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif bilik yarışları, oyunlar və müsabiqələrin keçirildiyini vurğulayan natiqlər bu vasitə ilə gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılmasına nail olunacağını qeyd etmişdirlər.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları Olimpiadanın Əsasnaməsi ilə tanış etdikdən sonra yarışa start verilmişdir.

“Bilik Olimpiadası”nda rayonun 32 orta ümumtəhsil məktəbinin 9-10-11-ci sinif şagirdləri iştirak etmişdirlər. İştirakçılar 1 saat 30 dəqiqə ərzində riyaziyyat, dünyagörüşü, məntiq olmaqla 50 sualı cavablandırmışdırlar. “Bilik Olimpiadası”nın suallarının tərtibatı və yoxlanılması yüksək ixtisaslı, beynəlxalq yarışların qalibi olan müəllimlərə həvalə olunmuşdur.

“Bilik Olimpiadası”nın nəticələri aşağıda qeyd olunduğu kimi olmuşdur:

9-cu siniflər üzrə

I yer - Cəmilə Qubadova (244 №-li tam orta məktəb)
II yer - Səidə Bağırova (297 №-li tam orta məktəb)
II yer - Turqut Süleymanlı (3 №-li tam orta məktəb)
III yer - Günay Poladova (298 №-li tam orta məktəb)

10-cu siniflər üzrə

I yer - Fərid Məmmədov (297 №-li tam orta məktəb)
I yer - Ruzi Vəliyev (99 №-li tam orta məktəb)
II yer - Osman Əhmədov (182 №-li tam orta məktəb)
III yer - Anar Hüseynli (205 №-li tam orta məktəb)
III yer - Bilal Abbasov (301 №-li tam orta məktəb)
III yer - Məleykə Səfərli (314 №-li tam orta məktəb)
III yer - Kəmalə Orucova (284 №-li tam orta məktəb)

11-ci siniflər üzrə

I yer - Ləman Bəşirli (299 №-li məktəb-lisey)
II yer - Tünzalə Bayramova (244 №-li tam orta məktəb)
III yer - Sərxan Süleymanov (102 №-li tam orta məktəb)




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.