Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu
01,03,06 mart, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Aparıcı Elmidar Süleymansoy komandaları qaydalarla tanış etdikdən sonra oyuna start verilmişdir. 01 mart 2017-ci il tarixdə keçirilən yarışın birinci mərhələsində A qrupunda rayon ərazisində yerləşən 16 məktəbdən 4 məktəbin – 3 №-li tam orta məktəbin “Evrika”, 283 №-li tam orta məktəbin “Ulduz”, 205 №-li tam orta məktəbin “Vətən”, 126 №-li tam orta məktəbin “Gələcək” komandaları, 03 mart 2017-ci il tarixdə keçirilən yarışın ikinci mərhələsində B qrupunda növbəti 16 məktəbdən 4 məktəbin - 297 №-li tam orta məktəbin “Qala”, 244 №-li tam orta məktəbin “Bayraq”, 217 №-li tam orta məktəbin “Planet”, 298 №-li tam orta məktəbin “Kainat” komandaları uğur qazanaraq yarımfinal mərhələsinə yüksəlmişdirlər.

06 mart 2017-ci il tarixdə “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri baş tutmuşdur. Oyunun nəticəsinə əsasən 283 №-li tam orta məktəbin “Ulduz” komandası I yerə, 244 №-li tam orta məktəbin “Bayraq” komandası II yerə, 297 №-li tam orta məktəbin “Qala” komandası III yerə layiq görülmüşdür.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qalibləri təbrik edərək onlara təhsildə uğurlar arzulamışdır. Qalib komandalar İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.