Sumqayıt şəhər Gənclər Evində Gənclər Təşkilatlarının hesabatı
17 fevral, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair görüş keçirilmişdir. Görüşdə təşkilatların fəal üzvləri də iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan şəhər Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov əsası ümummilli lider Heydər Əiyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin Sumqayıt şəhərində də uğurla həyata keçirildiyini, şəhər İcra hakimiyyəti başçısının diqqət və qayğısı nəticəsində gənclərin şəhərin ictimai-siyasi, sosial-iqtisadi, və mədəni həyatında fəal iştirakının təmin olunduğunu qeyd etmiş, həmçinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq hər il olduğu kimi cari ildə də Baş İdarə tərəfindən gənclərin dinamik inkişafı məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında ətraflı məlumat vermişdir.

C.Hüseynov şəhərdə gənclərin təşkilatlanması üçün zəruri imkanların yaradıldığı, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşməsi, könüllülük prinsipi əsasında əlaqələrin möhkəmləndirilməsi, tələbələrin ictimai həyatda fəallığının artırılması, problemlərinin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatlarla qarşılıqlı şəkildə fəaliyyətin gücləndirildiyini bildirmişdir.

Görüşdə Gənclər Təşkilatlarının nümayəndələri hesabat xarakterli çıxışlar edərək, təşkilatın fəaliyyəti, həyata keçirilmiş tədbirlər, maraq sahələrinə uyğun yaradılmış departament, klublar, təkliflərin öyrənilməsi məqsədilə keçirilən görüşlər, yeni təşəbbüslər haqqında məlumatlar vermişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.