“Müharibə uşaqların gözü ilə” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin rayon mərhələsi
22 fevral, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

“Xocalı soyqırımının 25-ci ildönümü” ilə bağlı Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa-yazı və rəsm müsabiqələrinin rayon mərhələsi keçirilmişdir. Müsabiqələrdə Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 7-10, 11-14, 15-17 yaş qrupları üzrə şagirdləri iştirak etmişdirlər. Əsasnamələrə uyğun olaraq hər məktəbdən 3 rəsm və 1 inşa işi final mərhələsində iştirak etmişdir. Qiymətləndirmənin nəticələrinə əsasən inşa-yazı müsabiqəsində 139 №-li məktəbin şagirdi Alcanova Dostu I yerə, 166 №-li məktəbin şagirdi Nəbiyeva Fidan II yerə, 197 №-li məktəbin şagirdi Dadaşova Rəşadə III yerə və rəsm müsabiqəsində 106 №-li məktəbin şagirdi Hüseynov Azər, 288 №-li məktəbin şagirdi Əlili Zəhra, 180 №-li məktəbin şagirdi Ağayev Nicat ən yüksək yerlərə layiq görülmüşdürlər. Qaliblər Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişdirlər. Qalib işlər həmin müsabiqənin Bakı şəhəri mərhələsində iştirak etmək üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektoruna göndərilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.