Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqələri
16 fevral, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 16 fevral 2017-ci il tarixdə Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 26 Fevral - Xocalı Soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova Xocalı Soyqırımı haqqında şagirdlərə ətraflı məlumat vermiş və müsabiqənin Xocalı Soyqırımının yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə keçirildiyini qeyd etmişdir.

İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış olduqdan sonra müsabiqəyə start verilmişdir.

İnşalar rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır.

İnşa yazı müsabiqəsinin nəticəsinə görə 299 №-li məktəb-liseyin 11b sinif şagirdi Babayeva Sevinc Alik qızı I yerə, 301 №-li tam orta məktəbin 9a sinif şagirdi Həsənli İlhamə İlham qızı II yerə və 83 №-li məktəb-liseyin 10b sinif şagirdi Həsənova Zəhra Fəxrəddin qızı III yerə layiq görülmüşdür.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.