”Müasir dövrdə İslam dünyasında dini ekstemizmin yaranma səbəbləri və onun fəsadları” adlı maarifləndirici toplantı
28 fevral, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi , Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Gənclər Evində ”Müasir dövrdə İslam dünyasında dini ekstemizmin yaranma səbəbləri və onun fəsadları” adlı maarifləndirici toplantı keçirilmişdir. Rayon yeniyetmə və gənclərinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov açıq elan etmiş və tədbirin mahiyyəti haqda iştirakçılara məlumat vermişdir. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq espertizası şöbəsinin müdiri Nahid Məmmədov və şöbənin məsləhətçisi Əli Həziyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov çıxış edərək bildirmişdirlər ki, din dəyərlər sistemi kimi bir çox funksiyalara malikdir, o cümlədən cəmiyyətin idarə edilməsində dinin rolu da danılmazdır. Daha sonra qeyd olunmuşdur ki, Azərbaycan dövləti formalaşmış din siyasətini təkcə daxildə həyata keçirməklə kifayətlənmir. Belə ki, bu gün Azərbaycan özünün tolerantlıq fəlsəfəsini dünyaya ixrac etməyi hədəfləmişdir. Eyni zamanda ölkəmiz sözügedən dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə BMT, YUNESKO, İSESKO, ATƏT və əhalisinin əksəriyyətinin müsəlman dövlətləri ilə ikitərəfli və çoxtərəfli səviyyələrdə, həm də İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir.

Toplantının sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında onların fikirləri dinlənilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.