“Zərərli vərdişlərdən qorun və qoru” mövzusunda dəyirmi masa
9 fevral, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

09 fevral 2017-cı il tarixdə Qaradağ rayon Gənclər evində “Zərərli vərdişlərdən qorun və qoru” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi F.Hüseynov, rayon Polis İdarəsinin əməkdaşları - polis polkovnik leytenantı S.İsayev və yetkinlik yaşına çatmayanlar üzrə inspektoru C.Ömərova, 9 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi Y.Şərbətova və 184 nömrəli məktəbin psixoloqu M.Cəbrayılova iştirak etmişdir.

Tədbirin əvvəlində qeyd olunan mövzu ilə bağlı rayon gəncləri tərəfindən çəkilmiş rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən və onların fəsadlarından danışaraq həmin məsələnin bütün dövrlərdə aktual olduğunu söyləmişdir. Çıxış edən aidiyyəti təşkilatların təmsilçiləri, həkim Y.Şərbətova, psixoloq M.Cəbrayılova, polis nümayəndəsi S.İsayev zərərli vərdişlərin profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etmişdirlər. Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.