“Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda təlim
11 fevral, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 11 fevral 2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirilmişdir.

Təlimdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert - Bakı Mühəndislik Universitetinin Psixoloji məsləhət şöbəsinin müdiri, “İmzam” Təhsil Mərkəzinin müəllim-psixoloqu Hüseyn Xəlilov və rayon orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan rayon İdarəsinin rəis müavini S.Süleymanova məktəb psixoloqlarının uşaqların cəmiyyətdə sağlam və layiqli vətəndaş olaraq öz yerini tutması, onların problemlərinin vaxtında aşkar edilməsi və aradan qaldırılmasında olan rolundan danışmışdır. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi S.Hacıyev məktəblərdə çalışan psixoloqların peşəkarlığının artırılması üçün belə təlimlərin keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, uşaqların inkişafı, onların yaşına uyğun olaraq vəzifələri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasında psixoloq məsləhətinə böyük ehtiyac olduğunu vurğulamışdır.

Təlimçi Hüseyn Xəlilov müəllim və şagird şəxsiyyətinin psixologiyası, psixoloqların məktəblilərlə, onların valideynləri və həmçinin pedaqoji kollektivlə də praktik işlər aparması ilə bağlı öz tövsiyələrini vermişdir. Təlim diskussiya formasında davam etmiş və məktəb psixoloqlarının xahişi nəzərə alınaraq təlimin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.