Binəqədi rayon Gənclər Evində növbəti “Bilik yarışması”
11 fevral, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

11 fevral 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində 2-8-ci sinif şagirdləri üçün növbəti “Bilik yarışması” keçirilmişdir. Yarışmada rayon orta ümumtəhsil məktəblərindən ümumilikdə 46 nəfər şagird iştirak etmişdir. 3 nəfər nəzarətçinin müşayiəti ilə keçirilən “Bilik yarışması” saat 11:00-dan 14:00-a qədər davam etmişdir. Nəticələr həmin gün axşam www.sinaqnetice.az saytında yerləşdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.