Növbəti sınaq imtahanı
5 fevral, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

05 fevral 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində şəhərin bir sıra orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin (1, 2, 3, 4-cü siniflər) tədris ilinin ikinci rübündə əldə etdikləri biliklərini, məntiqi təfəkkür və tətbiqetmə qabiliyyətini yoxlamaq məqsədilə onlar üçün növbəti sınaq imtahanı keçirilmişdir.

İmtahanda Mingəçevir şəhərində fəaliyyət göstərən bir sıra məktəblərin 100 nəfərdən çox ibtidai sinif şagirdi iştirak etmişdir. Müəllimlər və valideynlər bu kimi vacib sınaq imtahanlarının təşkil olunmasının şagirdlərin və ümumi şəhər təhsilinin daha da inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirmişdirlər. Əvvəlki sınaq imtahanlarında olduğu kimi, 1-ci yerin qalibləri növbəti imtahana hədiyyə olaraq pulsuz biletlə təmin olunacaqlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.