“Azərbaycançılıq ideologiyasının milli-mədəni irs kimi təbliği” adlı layihə
10 fevral, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər Evinin təşkilati dəstəyi və ev sahibliyi ilə İntellektual İnkişaf Naminə İctimai Birliyi tərəfindən “Azərbaycançılıq ideologiyasının milli-mədəni irs kimi təbliği” adlı layihə keçirilmişdir.

Mingəçevir şəhərində baş tutan tədbiri İctimai Birliyin sədri Mədinə Əliyeva açıq elan etmişdir. M.Əliyeva Azərbaycançılıq ideologiyasının millətimizin vətənpərvərlik ruhunda tərbiyəsinə də öz müsbət təsirini göstərdiyini və Azərbaycanda bu ideologiyanın hələ Sovet dövrlərində mövcud olduğunu bildirmişdir.

Layihə çərçivəsində YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri haqqında gənclərə məlumat verilmiş, həmçinin YUNESKO-da Azərbaycan xalqının və Azərbaycan məmləkətinin döyünən qəlbi olan xalçalarımız, muğam və aşıq sənətimizin təbliği üçün görülən və görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.

Qeyd olunmuşdur ki, layihənin və tədbirin məqsədi - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Azərbaycançılıq irsinin dərindən öyrənilməsinə, geniş təbliğinə, qorunub saxlanılmasına və hərtərəfli inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.

Tədbirin sonunda gənclərə Muğam sənəti haqqında mühazirələr və Azərbaycan milli musiqi alətlərində praktik təlimlər keçirilmiş, saz-soz sənəti haqqında geniş məlumat verilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.