Aztəminatlı ailələr üçün xeyriyyə aksiyası
10 fevral, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər Evinin dəstəyi, Güvən Xeyriyyə Cəmiyyətinin könüllüləri - Xəzər Allahverdiyev, Zaur Feyziyev və “Aztəminatlı ailələrə uşaq hüququları ilə bağlı” Hüquqi Xidmət Mərkəzinin təşkilatçılığı ilə 10 fevral 2017-ci il tarixdə şəhər Gənclər Evində aztəminatlı ailələrlə görüş keçirilmiş, onların hər birinin hüquqi problemləri diqqətlə dinlənilərək qeydiyyata alınmışdır. Bəzi problemlər yerindəcə öz həllini tapmış, bəziləri isə həll olunması üçün nəzarətə götürülmüşdür. Görüşdən sonra həmin ailələr və uşaqlar üçün geyim aksiyası təşkil olunmuş və onlar öz ehtiyaclarına uyğun geyim əşyaları ilə təmin olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.