“Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dəyirmi masa
29 yanvar, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

29 yanvar 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, rayon ərazisində yerləşən hərbi hissənin zabitləri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov sözügedən mövzunun bir qism ərazisi işğal altında olan ölkəmizin gəncləri üçün olduqca aktual olduğunu qeyd etmişdir. Dəvət olunmuş zabitlər vətənin keşiyində durmağı ən şərəfli peşə saydıqlarını və eyni zamanda vətəni müdafiə etmək və bu yolda canından keçməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləmişdirlər.

Çıxış edən gənclər dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulamışdırlar. Qeyd olunmuşdur ki, vətənpərvərlik ruhunda tərbiyə olunmaq, vətənə layiqli vətəndaş olmaq üçün ən gözəl vasitə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmək və bunu öz həyat amalına çevirməkdir. Könül Əhmədova gənclər adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Digər çıxışçılar ölkə başçısının həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasından söz açmışdırlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.