“2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə bədii-əyləncəli bayram tədbiri
31 yanvar, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 31 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə bədii-əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbirdə hökumət və qeyri-hökumət gənclər təşkilatları, ictimai-fəal və həmçinin könüllü fəaliyyət göstərən gənclər də iştirak etmişdirlər. Şəhər Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov tədbirdə çıxış edərək 2 fevral – Gənclər gününün tarixi əhəmiyyətindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, şəhərdə gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışmış, iştirakçıları bayram münasibətilə təbrik etmişdir.

Daha sonra Sumqayıt şəhər Gənclər Evinin elan etdiyi V buraxılış könüllülük fəaliyyətində uğurla iştirak etmiş 8 nəfər gəncə Baş İdarənin sertifikat və hədiyyələri təqdim edilmişdir.

Tədbirin bədii hissəsində Gənclər Evində fəaliyyət göstərən rəqs dərnəyinin hazırladığı müxtəlif nömrələr nümayiş olunmuş, intellektual oyunlar keçirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.