“Nəsimi dünyasına baxış” adlı tədbir
27 dekabr 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evi və Mingəçevir şəhər Heydər Məscidi Dini İcmasının birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünyasına baxış” adlı tədbir keçirilib. Tədbir zamanı çıxış edən təşkilatçı və qonaqlar gənclərə Nəsiminin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib, şairin yaradıcılığında xüsusi diqqət çəkən məqamları iştirakçıların diqqətinə çatdırıb. Nəsimi yaradıcılığının Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğunu deyən qonaqlar şairin yaradıcılığının zirvəsi sayılan şeirlərdən nümunələr səsləndirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.